Azərbaycanda 2025-ci ilin yanvar-dekabr ayları ərzində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az MərkƏzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 5 milyon 642 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 9 min manat və ya 55,3% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 3 milyon 633 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 36 min manat təşkil edib ki, bu da illik müqayisədə 17 min manat və ya 32,1% azdır. Ötən ilin eyni dövründə 53 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 0,6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,8 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 1,5% təşkil edib.












