Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 4 milyon 969 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 754 min manat və ya 54,6% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 3 milyon 215 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 36 min manat təşkil edib ki, bu da illik müqayisədə 17 min manat və ya 32,1% azdır. Ötən ilin eyni dövründə 53 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 0,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,9 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 1,6% təşkil edib.












