Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 67 milyon 793 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 277 min manat və ya 15,8% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 58 milyon 516 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 29 milyon 29 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 milyon 218 min manat və ya 39,5% çoxdur. Ötən ilin eyni dövründə 20 milyon 811 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 42,8% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 7,3 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 35,6% təşkil edib.












