Kənd təsərrüfatı heyvanlarının sığortasında azalma müşahidə olunub.
Eləcə də bax: Azərbaycanda sığorta bazarı - KİÇİLİB
FED.az Azərbaycan Respubliksı Mərkəzi Bankına (AMB) yə istinadən xəbər verir ki, 2019-cu ilin sonuna olan məlumata görə, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə yığımlar 1 milyon 439 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 602 min manat və ya 29,4% azdır.
Bu növ sığortada yığımlar azalsa da , ödənişlər artıb. Belə ki, 2019-cu ildə qeyd edilən sığorta növündə 936,7 min manat sığorta ödənişi verilib. Bu göstərici 2018-ci illə müqayisədə 362 min manat və ya 62,9% çoxdur.
2019-cu ildə kənd təsərrüfatı bitkilərinin üzrə sığorta yığımları 183,8 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 456 min manat və ya 71,2% azalıb. 2018-ci ilin sonuna olan hesabata görə, kənd təsərrüfatı üzrə sığorta yığımlarının cəmi məbləği 639,8 min manat təşkil etmişdir. 2019-ci ilin sonuna olan hesabata görə, sığortanın bu növündə ödənişlər olmayıb. Halbuki 2018-ci ildə sığorta şirkətləri kənd təsərrüfatı bitkilərinə görə, 180,3 min manat sığorta ödənişi etmişdilər.