Azərbaycanda sığorta bazarı kiçilib.
FED.az Mərkəzi Bankın (AMB)nin açıqladığı hesabata istinadən xəbər verir ki, 2019-cu ilin dekabra ayına olan məlumata görə, ölkədə sığorta şirkətlərinin haqları 681 milyon 177 min manat, ödənişləri isə 301 milyon 537 min manat təşkil edib.
Eləcə də bax: Turagentlərə və turoperatorlara - SIĞORTA TƏLƏBİ GƏLİR
2018-ci illə müqayisədə 2019-cu ildə sığorta şirkətlərinin yığımları 46 milyon 777 min manat və ya 6,4% azalıb. Sığorta yığımlarından fərqli olaraq ödənişlər artıb. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə sığorta şirkətlərinin ödənişləri 61 milyon 204 min manat və ya 25,4% artıb.
Məlumat üçün bildirək ki, 2018-ci ildə sığorta haqları 727 milyon 954 min manat, sığorta ödənişləri isə 240 milyon 333 min manat təşkil edib.