Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 668,4 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 307,9 min manat və ya 85,4% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 360,6 min manat təşkil edib.