Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 954 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 385 min manat və ya 15% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 2 milyon 59 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 793 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 176 min manat və ya 28,5% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 617 min manat ödəniş edilib.
2022-ci ildə zərərlilik göstəricisi 24%, 2023-cü ildə 26,8% təşkil edib. İllik müqayisədə 2,8%-lik artım qeydə alınıb.