Azərbaycanda yüklərin (nəqliyyat) sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 549 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 677 min manat və ya 17,5% çoxdur.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 3 milyon 872 min manat təşkil edib.
Bundan başqa bu növ sığorta üzrə ödənişlər 100 min manat həcmində olub.
Sığorta ödənişləri ötən illin müvafiq dövrü ilə müqayisədə 66 min manat və ya 3 dəfə artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu növ sığorta üzrə 34 min manat ödəniş edilib.
Ödənişlərin kəskin artması bu növ sığortanın zərərlilik göstəricisini də xeyli artırıb. Belə ki, 2022-ci ildə zərərlilik göstəricisi 0,9%, 2023-cü ildə 2,2% təşkil edib. İllik müqayisədə 1,3%-lik artım qeydə alınıb.