Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 3 milyon 85 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 353 min manat və ya 12,9% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 2 milyon 733 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 793 min manat təşkil edib ki, bu da illik müqayisədə 17 min manat və ya 2,2 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 776 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 25,7% olub. Bu da illik müqayisədə 2,7% azdır. Ötən ilin eyni dövründə zərərlilik 28,4% idi.