Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 63 milyon 637 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 506 min manat və ya 24,5% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 51 milyon 131 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 30 milyon 246 min manat təşkil edib ki, bu da illik müqayisədə 28 milyon 892 min manat və ya 23,9 dəfə çoxdur. 2022-ci ilin eyni dövründə 1 milyon 264 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 47,5% olub. Bu da illik müqayisədə 2,5% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 45,1% idi.