Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- avqust aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 391 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 280 min manat və ya 48% azdır.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 2 milyon 671 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 872 min manat təşkil edib ki, bu da illik müqayisədə 204 min manat və ya 31% çoxdur. 2023-ci ilin eyni dövründə 668 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 63% olub. Bu da illik müqayisədə 38% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 25% idi.