Azərbaycanda könüllü əmlak sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 130 milyon 91 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 753 min manat və ya 11% çoxdur.
2023-ci ilin yanvar-avqust aylarında bu göstərici 129 milyon 338 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 18 milyon 765 min manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 970 min manat və ya 36% çoxdur.
Əvvəlki ilin eyni dövründə 13 milyon 794 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 14% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 11% təşkil edib.