Fərdi qəza və xəstəlik sığortası növü üzrə 2025-ci ilin ilk səkkiz ayında yığımlarda ciddi artım fonunda zərərlilik bir qədər azalıb.
FED.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, bu dövrdə yığımlar 1 milyon 352 min manat (45.5%) artaraq 2 milyon 973 min manatdan 4 milyon 325 min manata yüksəlib.
Sığorta ödənişləri isə 72 min manat (30.6%) artaraq 235 min manatdan 307 min manata çatıb.
Yığımlardakı artım tempinin ödənişləri üstələməsi nəticəsində bu sığorta növünün zərərliliyi 0.8 faiz bəndi azalaraq 7.9%-dan 7.1%-ə enib.