Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar azalıb və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar- iyul aylarında bu növ sığorta üzrə yığımlar 10 milyon 206min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 880 min manat və ya 8% azdır.
2023-ci ilin yanvar-iyul aylarında bu göstərici 11 milyon 85 min manat təşkil edib.
Bu növ sığorta ödənişləri isə 2 milyon 578 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 813 min manat və ya 3 dəfə çoxdur. 2023-ci ilin eyni dövründə 766 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik 25% olub. Bu da illik müqayisədə 18% çoxdur. Ötən ilin eyni dövründə zərərlilik 7% idi.