Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsulları sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 783,8 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 730,2 min manat və ya 14,6 dəfə çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 53,6 min manat təşkil edib.