Kənd təsərrüfatı bitkiləri məhsullarının könüllü sığortası üzrə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım qeydə alınıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin ilk səkkiz ayında bu növ üzrə yığımlar 1 milyon 472 min manat (13.8%) artaraq 10 milyon 681 min manatdan 12 milyon 153 min manata çatıb.
Sığorta ödənişləri isə daha sürətlə – 1 milyon 898 min manat (70.2%) artaraq 2 milyon 705 min manatdan 4 milyon 603 min manata yüksəlib.
Nəticədə, bu sahə üzrə zərərlilik göstəricisi son bir ildə 12.6 faiz bəndi artaraq 25.3%-dən 37.9%-ə yüksəlib.