Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 60 milyon 676 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 978 min manat və ya 19,7% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 50 milyon 698 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 26 milyon 309 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 930 min manat və ya 43,1% çoxdur. Ötən ilin eyni dövründə 18 milyon 379 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 43,4% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 7,2 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 36,2% təşkil edib.












