Azərbaycanda 2025-ci ilin yanvar-oktyabr ayları ərzində sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 6 milyon 764 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 455 min manat və ya 7,2% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 6 milyon 309 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 milyon 317 min manat təşkil edib ki, bu da illik müqayisədə 945 min manat və ya 3,5 dəfə çoxdur. Ötən ilin eyni dövründə 372 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 19,5% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 13,6 faiz bəndi artıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,9% təşkil edib.












