Azərbaycanda 2025-ci ilin yanvar-noyabr ayları ərzində könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 121 milyon 901 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 236 min manat və ya 7,2% çoxdur. 2024-cü ilin eyni dövründə bu göstərici 113 milyon 665 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 81 milyon 312 min manat təşkil edib ki, bu da illik müqayisədə 6 milyon 783 min manat və ya 7,7% azdır. Ötən ilin eyni dövründə 88 milyon 95 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 66,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 10,8 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 77,5% təşkil edib.












