Azərbaycanda cari ilin 4 ayı üzrə işçilərin dələduzluğunun könüllü sığortası üzrə yığımların və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 82 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 min manat və ya 6% azdır.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 87 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri olmayıb.