“İpək Yolu Sığorta” ASC-nin ötən il üzrə olan maliyyə nəticələri açıqlanıb.
Azərbaycanda 10 sığorta şirkətinin yığımları artıb - RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatlarına istinadən xəbər verir ki, ötən ilin sonunda şirkətin cəmi gəlirləri 7 milyon 412 min manat olub.
Hesabat dövründə əsas əməliyyat gəlirləri 5 milyon 857 min manat, investisiya gəlirləri 853 min manat, subroqasiya gəlirləri 6 min manat, digər gəlirlər isə 682 min manat olub.
2025-ci ildə “İpək Yolu Sığorta” ASC-nin cəmi xərcləri 6 milyon 306 min manat olub ki, bu da, illik müqayisədə 946 min manat, yaxud da 13% azdır. Şirkətin əsas əməliyyat xərcləri 4 milyon 665 min manat (1 milyon 23 min manat və ya 18% az), işlərin aparılması xərcləri 1 milyon 192 min manat (372 min manat və ya 23,8% az), digər xərclər 449 min manat olub.
Ötən il şirkət 1 milyon 106 min manat əməliyyat mənfəəti əldə edib. Bundan 221 min manat mənffət vergisi ödəyib. Xalis mənfəət 885 min manata bərabər olub.
Hesabat dövründə “İpək Yolu Sığorta” ASC-nin aktivləri 22 milyon 694 min manat, cəmi öhdəlikləri 6 milyon 718 min manat, cəmi kapitalı isə 15 milyon 976 min manata bərabər olub.










![“İpək Yolu Sığorta”nın mənfəəti 1 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3115771.jpg)
![“İpək Yolu Sığorta”nın mənfəəti 1 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3861542.jpg)
![“İpək Yolu Sığorta”nın mənfəəti 1 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/470264.jpg)
![“İpək Yolu Sığorta”nın mənfəəti 1 milyon manatı ötüb - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1276873.jpg)








