Cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, bir sıra sığorta şirkətlərinin topladıqları sığorta haqlarının həcmində artım müşahidə olunub.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (2026-YANVAR-FEVRAL)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dinamika göstəricilərinə əsasən, 10 sığorta şirkətinin yığımlarında həm məbləğ, həm də faiz ifadəsində müxtəlif dərəcəli yüksəlişlər qeydə alınıb.
Faiz artımına görə "Meqa Həyat Sığorta" ASC 66,8 faizlik göstərici ilə bazarda liderlik edir. Şirkətin yığımlarında 1 milyon 726 min manatlıq artım izlənilib. Məbləğ baxımından ən böyük artım isə "Aqrar Sığorta" ASC-də qeydə alınıb. Bu şirkətin topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 803 min manat (22,9 faiz) artıb.
Hesabat dövründə "Azərbaycan Sənaye Sığorta Şirkəti” ASC 15,4 faiz (855 min manat), “Xalq Həyat Sığorta Şirkəti” ASC 11,1 faiz (202 min manat) və "Xalq Sığorta " ASC 7,6 faiz (408 min manat) artım nümayiş etdiriblər.
Siyahıda yer alan digər şirkətlərdən "Paşa Sığorta" ASC-nin yığımları 4,6 faiz (4 milyon 406 min manat), “Atəşgah Həyat Sığorta Şirkəti” ASC-nin yığımları 3,7 faiz (629 min manat), “AzSığorta” ASC-nin yığımları 3,3 faiz (47 min manat), “İpək Yolu Sığorta” ASC-nin yığımları 2,4 faiz (11 min manat), “Paşa Həyat Sığorta” ASC-nin yığımları isə 0,3 faiz (296 min manat) artıb.













