«İpək Yolu Sığorta» şirkətinin sığorta ödənişlərində kəskin artım baş verib.
«Qala Həyat Sığorta»nın yığımları 14 milyon manata çatır
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında «İpək Yolu Sığorta» şirkətinin sığorta yığımları 4 milyon 875 min manat olub.
Hesabat dövündə şirkətin sığorta ödənişlərindəki kəskin artım, gözdən qaçmır. 2023-cü ilin ilk 7 ayı ərzində «İpək Yolu Sığorta» şirkətinin ödənişləri 110 min manat olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 237 min manata yüksəlmişdir ki, bu da 115,5% artımı göstərir.