2025-ci il üzrə sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər arasında hadisələri ən sürətli tənzimləyən şirkət "Qala Sığorta" olub. Şirkətdə bu proses ortalama 24 gün çəkir.
Operativliyinə görə ikinci yerdə "Azərbaycan Sənaye Sığorta" qərarlaşıb. Şirkət sığorta hadisələrini ortalama 26 günə yekunlaşdırır.
"Meqa Sığorta"da bu göstərici 29 gün təşkil edir.
Bazarın daha iri iştirakçılarında isə tənzimləmə müddəti nisbətən uzundur. "Atəşgah" Sığorta hadisələri 34 günə, "Paşa Sığorta" isə 38 günə tənzimləyir.
|
Sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə renkinqi (2025l) |
||
|
№ |
Sığortaçı |
Sığorta hadisələrinin ortalama tənzimlənmə müddəti (icbari avtosığorta) |
|
1 |
"Paşa Sığorta" ASC |
38 |
|
2 |
"Atəşgah" Sığorta Şirkəti ASC |
34 |
|
3 |
"Meqa Sığorta" ASC |
29 |
|
4 |
"Azərbaycan Sənaye Sığorta" ASC |
26 |
|
5 |
"Qala Sığorta" ASC |
24 |












