2025-ci il üzrə sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə dinamika renkinqi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bazarda həm kəskin artım, həm də azalma müşahidə olunub.
Dinamika renkinqinin lideri "Azərbaycan Sənaye Sığorta" olub. Şirkət yığımlarını 6,5 milyon manat (və ya 76,4%) artıraraq 8,5 milyon manatdan 15 milyon manata çatdırıb.
Bazarın ən böyük iştirakçısı "Paşa Sığorta" da ili yüksək artımla tamamlayıb. Şirkətin yığımları 13,9 milyon manat (32,3%) artaraq 42,9 milyon manatdan 56,8 milyon manata yüksəlib.
"Qala Sığorta" stabil artım nümayiş etdirib. Yığımlar 800 min manat (4,7%) artaraq 17,6 milyon manatdan 18,5 milyon manata çatıb.
Siyahıdakı digər iki şirkətdə isə azalma qeydə alınıb:
-
"Atəşgah" Sığorta: Yığımları 1,5 milyon manat (6,5%) azalaraq 22,9 milyon manatdan 21,4 milyon manata düşüb.
-
"Meqa Sığorta": Şirkət 1,3 milyon manat (12,9%) itirərək yığımlarını 10,3 milyon manatdan 9 milyon manata qədər azaldıb.
|
Sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə dinamikasının renkinqi (2024/2025) |
|||||
|
|
Sığorta şirkətləri |
2025 (manat) |
2024 (manat) |
İllik müqayisə (manat) |
İllik müqayisə (faiz/dəfə) |
|
1 |
"Azərbaycan Sənaye Sığorta" ASC |
14 966 665 |
8 482 480 |
6 484 185 |
76,4% |
|
2 |
"Paşa Sığorta" ASC |
56 829 178 |
42 946 254 |
13 882 924 |
32,3% |
|
3 |
"Qala Sığorta" ASC |
18 453 129 |
17 631 605 |
821 524 |
4,7% |
|
4 |
"Atəşgah" Sığorta Şirkəti ASC |
21 373 680 |
22 852 705 |
-1 479 025 |
-6,5% |
|
5 |
"Meqa Sığorta" ASC |
8 985 413 |
10 312 002 |
-1 326 589 |
-12,9% |










