Azərbaycanda 2026-cı ilin yanvar ayı ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (İCMTS) üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar ayı ərzində bu növ sığorta üzrə yığımlar 13 milyon 751 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 948 min manat və ya 7,4% çoxdur. 2025-ci ilin eyni dövründə bu göstərici 12 milyon 803 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 11 milyon 400 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 922 min manat və ya 20,3% çoxdur. Ötən ilin eyni dövründə 9 milyon 478 min manat sığorta ödənişləri edilmişdi.













