İcbari Sığorta Bürosu (İSB) son 5 ildə Azərbaycanda naməlum və yaxud oğurlanmış, eləcə də sığortasız nəqliyyat vasitələri ilə vurulmuş zərərə görə 3,752 milyon manat kompensasiya ödəyib.
Avtomobillərin icbari sığortası üzrə zərər azalıb – AMMA VƏZİYYƏT TEZLİKLƏ DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Büronun icraçı direktoru Rəşad Əhmədov bildirib.
Onun sözlərinə görə, bu məbləğin 1,492 milyon manatı 2022-ci ilin payına düşüb.
"İSB üzvü olan sığorta şirkətləri ödəmə qabiliyyətini itirdikdə də sığorta ödənişləri həyata keçirir. Bu çərçivədə 2016-cı ildə müflis olmuş "Alfa Sığorta" ASC-yə görə 320 min manat, 2020-ci ildə müflis olmuş "Standar İnsurance Sığorta Şirkəti" ASC-yə görə isə 5,671 milyon manat sığorta ödənişləri verilib", deyə R.Əhmədov əlavə edib. (Report)