“İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinə iki yeni üzv seçilib.
Eləcə də bax: SOCAR prezidentinin müşaviri - İŞDƏN ÇIXARILDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının qərarı ilə Elnur Cavadov Əbdülhəsən oğlu və Fərid Kazımov Oktay oğlu İdarə Heyətinə üzv təyin ediliblər. F.Kazımov İH sədrinin müavinidir.
Bununla da “İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərinin sayı beşə çatıb.
Xatırladaq ki, “İpək Yolu Sığorta” ASC-nin nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i "ASG Business Aviation" MMC-yə, 3,47%-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.