Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin müşaviri Rəşad Əliyev vəzifəsindən ayrılıb.
Eləcə də bax: Nazir İdarə Heyətinin sədrini işdən çıxardı – Vəzifəsini “İlin gənci"nə Tapşırdı
FED.az xəbər verir ki, bununla bağlı SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf əmr imzalayıb.
Qeyd edək ki, Rəşad Əliyev SOCAR-a təyinat almazdan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 2019-cu ilədək isə SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi olub. R.Əliyev daha sonra SOCAR-ın prezidentinin müşaviri təyin olunub. (Unikal.org)