İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta xidmətləri almaq üçün sığorta haqlarının təxmini məbləğini müəyyənləşdirib. FED.az xəbər verir ki, sığorta haqlarını agentliyin direktoru Zaur Əliyev açıqlayıb. Xatırladaq ki, hazırda Azərbaüyxanın 3 şəhər və rayonunda - Mingəçevir, Yevlax və Ağdaşda iğbari tibbi sığopta üzrə pilot layihələr həyata keçirilir. Sığorta haqqının məbləği də bu layihələr əsasında hesabalanıb:
Eləcədə bax: İcbari tibbi sığorta qanunvericiliyi dəyişdirilir - AÇIQLAMA
«Bu proses pilot layihənin nəticələrinə əsasən həyata keçirilib və artıq, demək olar ki, başa çatdırılıb. Hesablamalarımızın nəticəsini və iqtisadi vəziyyəti nəzərə alaraq, biz bu məbləği 120 manat müəyyən etdik. Yəni, vətəndaş icbari tibbi sığorta etdirmək üçün aylıq 10 manat ödəməlidir» - deyə Zaur Əliyev deyib.
Dövlət agentliyinin direktoru bildirib ki, ölkə vətəndaşlarının bəzi kateqoriyaları sığorta haqlarının ödənilməsindən azad olunacaq: «Bunlar uşaqlar, pensionerlər, əlillər və aztəminatlı ailələrdir. Onların icbari tibbi sığorta ilə bağlı xərclərini dövlət öz üzərinə götürəcək».
Eləcədə bax: Azərbaycanda icbari tibbi sığortanın tətbiqi - TARİXİ AÇIQLANDI
Direktor əlavə edib ki, əhali sığorta haqlarını hissə-hissə ödəmək imkanı qazanacaqlar.
«İşlə təmin olunan insanlar, əlbəttə ki, sığorta haqlarını qismən ödənilməsi imkanı qazanacaq», - Əliyev qeyd edib.
Eləcədə bax: İcbari sığorta olan rayonlar artacaq – İLHAM ƏLİYEV
Qeyd edək ki, artı gələn ildən icbari tibbi sığortanın mərhələlərlə ölkənin bütün ərazisində tətbiqi nəzərdə tutulur. Bununla əlaqədar olaraq dövlət başçısının tapşırığı ilə ölkənin bütün rayon və şəhərlərində mərkəzi xəstəxanalar təmir etdirilir. Azərbaycanda icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində iqtisadi münasibətlərin tənzimlənməsinə də təsir edəcək.