İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlanıb.
FED.az xəbər verir ki, bunu "KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva bildirib.
Eləcə də bax: Xidməti müqavilə ilə işləyənlərin tibbi sığorta haqqı - DƏQİQLƏŞDİ – MƏBLƏĞLƏR
O qeyd edib ki, ambulator tibbi xidmətlər üçün gözləmə müddəti 14 gündür:
"Planlı stasionar xidmət üçün isə bu müddət 24 gün təşkil edir”.
S. Quliyevanın sölərinə görə, təcili təxirəsalınmaz tibbi xidmət üçün isə sığortaolunanlar növbə gözləməyəcək:
"Təcili təxirəsalınmaz tibbi xidmət üçün vətəndaşlara tibbi xidmətdən dərhal yararlana biləcək”.