Azərbaycanda tətbiq edilən icbari tibbi sığopta proqramında ayrı-ayrı təbəqələrin nə qədər sığorta haqqı ödəyəcəyi məlum olub.
Eləcə də bax: Tibbi sığortada ödənişlərin necə veriləcəyi - AÇIQLANDI - MİSALLAR
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) departament direktoru Vüqar Qurbanov bildirib ki, icbari sığorta haqları dövlət və neft sektoru işçiləri üçün 8 min manata qədər maaşda işəgötürən və işçilərdən 2%, qeyri-dövlət və qeyri-neft sektorunda 1% təşkil edəcək.
8 min manatdan artıq maaş alan işçilərə görə icbari sığopta haqqı isə hansı sahədə çalışmasından asılı olmayaraq hamıda əmək haqqının 0,5%-i təşkil edəcək.
Xidməti müqavilə ilə işləyənlər – 8 min manata qədər maaşda 2%, 8 min manatdan artıq olan hissənin isə 1%-i qədər sığorta haqqı ödəyəcəklər.
Vergi uçotuna alınmış fiziki şəxslər, yəni fərdi sahibkarlar, notariusar, vəkillər, sərbəst auditorlar və sərbəst mühasiblər isə icbari tibbi sığorta üçün minimum əmək haqqının 4%-i məbləğində sığorta haqqı ödəyəcəklər.