Azərbaycanda 2020-ci ildən tətbiq olunması gözlənilən İcbari Tibbi Sığorta üzrə sığorta haqları indiyə qədər elan edildiyindən fərqli olacaq.
Qeyd edək ki, indiyədək icbari tibbi sığortaların adam başına120 manat olması elan edilmişdi.
FED.az xəbər veir ki, indi isə elan edilib ki, bu məbləğ fərqli olacaq. Belə ki, işləməyənlər üçün ümumiyyətlə icbari tibbi sığorta nəzərdə tutulmayıb, onların icbari sığortası dövlət hesabına olacaq.
Dövlət sektorundakı şirkətlər işçilərin əmək haqqının 2%-i qədər, özəl sektordakı şirkətlər işçilərin əmək haqqının 1%-i qədər icbari sığorta haqqı ödəyəcəklər.
Mülki müqavilə ilə işləyənlər isə ildə minimum əmək haqqının 48%-i həcmində, yəni 120 manat icbari sığorta haqqı ödəyəcəklər.