Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dövlət Əməyin Mühafizəsi Fondu yaradılıb.
FED.az xəbər verir ki, hazırda yeni fondun fəaliyyətə başlaması üçün təşkilati işlər aparılır.
Eləcə də bax: Yeni Fondun fəaliyyətə başlaması üçün - TƏŞKİLATİ İŞLƏR APARILIR
Ölkədə əməyin mühafizəsi üzrə kadr potensialının artırılması, iqtisadiyyatın müxtəlif sahələrində əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin hazırlanması kimi mühüm istiqamətdə də fondun vəsaitindən istifadə olunacaq.
Sözügedən vəsait əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasına, əməyin mühafizəsi sahəsində təbliğat və maarifləndirmə işlərinə, bu sahədə fəaliyyət göstərən dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına yönəldiləcək.
Müvafiq sahədə müasir tələblərə cavab verən və əməyin mühafizəsi üzrə fəaliyyət sferasında tətbiqi zəruri olan texnoloji qurğuların, cihazların, avadanlıqların və s. alınmasında yeni yaradılan fond dəstək göstərəcək.
İstehsalatda bədbəxt hadisələrin icbari sığortası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” altsistemi üzərindən həyata keçiriləcək. Bu məqsədlə ölkədəki icbari sığorta informasiya sistemi ilə “Əmək müqaviləsi bildirişləri” altsistemi inteqrasiya olunaraq “Əmək müqaviləsi bildirişləri” altsistemində işəgötürənlərə işçiləri istehsalatda bədbəxt hadisələrdən icbari sığorta edilməsi üçün elektron imkanlar yaradılacaq.
Bu istiqamətdə proqram təminatı işləri artıq tamamlanıb.Yaxın vaxtlarda işəgötürənlər “Əmək müqaviləsi bildirişləri” altsistemində əmək müqavilələrini qeydiyyata alarkən, paralel olaraq işçilərini istehsalatda bədbəxt hadisələrdən elektron formada icbari sığorta edə biləcəklər.
TED