Qarşıdakı illərdə Azərbaycanda icbari tibbi sığortanın tətbiq edildiyi şəhərlərin sayı artacaq. FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışnda bildirib. Onun sözlərinə görə, artıq bir neçə rayonda işə düşən icbari sığortanın üstünlükləri hiss olunur: «İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanmışdır. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik».
Eləcə də bax: Tibbi sığortaya bir neçə ay qaldı – AYDA 10 MANAT
Dövlət başçısı bildirib ki, son 15 ildə ölkədə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub: «Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq».
Bu ilin Dövlət İnvestisiya Proqramında isə 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır: «Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük»-deyə İ.Əliyev bildirib.
Eləcə də bax: Azərbaycanın 2 rayonunda əhali həkimlərə pul vermir
Xatırladaq ki, hazırda Azərbaycanda icbari tibbi sığorta xidmətləri pilot rejimində Mingəçevir, Yevlax və Ağdaşda göstərilir. Bu rayonların əhalisi tibbi sığortv hesabına pulsuz təbbi yardımla əhatə olunublar. Hələlik yerli əhali sığorta haqqı ödəmir və layihə üçün xərclər İcbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyələşdirilir.
Eləcə də bax: Banklar üçün dadlı piroq gəlir – SIĞORTA PULLARI - QAYDALAR
Pilot layihələrin getdikcə genişləndirilməsi nəzərdə tutulur. layihələrin tətbiqi zamanı sığorta haqqı və bura daxil olan tibbi xidmətlər paketinin optimal variantı müəyyən edilərək bütün ölkə üzrə tətbiq olunacaq.