Azərbaycanda icbari tibbi sığortanın kütləvi surətdə təbiqinə 2019-cu ildən başlanması nəzərdə tutulur. FED.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta Agentliyindən bildirilib.
Agentlikdən bildirilib ki, dövlət başçısının Fərmanına əsasən hazırda icbari tibbi sığortanın pilot layihəsi Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq edilir. 2019-cu ildən etibarən pilot layihənin mərhələli şəkildə Azərbaycanın digər bölgələrində tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, pilot layihələrinin tətbiqində məqsəd ölkədə icbari tibbi sığortaya tələbatı müəyyən etmək, sığorta paketinə daxil olan xidmətlərin siyahısını dəqiqləşdirmək, eləcə də icbari tibbi sığorta haqqının müəyyənləşdirilməsidir.
Artıq bu sahədə ilkin nəticələr var. Agentliyin məlumatına görə, 2017-ci ildə pilot ərazilərdə adambaşına düşən səhiyyə xərcləri də hesablanıb. Pilot layihə müddətində səhiyyə xərclərinin maliyyələşməsinə çəkilən xərclərin təhlili bunu göstərir ki, pilot ərazilərdə adambaşına düşən səhiyyə xərci kapital qoyuluşlar nəzərə alınmaqla 114 manat, böyük kapital qoyuluşlar nəzərə alınmamaqla 93 manat civarında təşkil edir.
Bu nəticələr ilkin olsa da, adambaşına səhiyyə xidmətlərinə çəkilən xərci və buna müvafiq olaraq sığorta haqqının məbləği barədə müəyyən təsəvvür yaradır. Bu məbləğ isə hətta əsaslı xərcləri də nəzərə almaqla ildə 120 manat və ya ayda 10 manatı keçmir.
Tibbi sığortaya bir neçə ay qaldı – AYDA 10 MANAT
13:55
11 May 2018