Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı yaranmış problem Mərkəzi Bankın və İcbari Sığorta Bürosunun tədbirləri nəticəsində tədricən aradan qalxmaqdadır.
FED.az xatırladır ki, son aylar sığorta şirkətləri mühərriki kiçik və tez-tez qəza törədən avtomobilləri icbari sığortalamaqdan imtina edirdilər.
Sığorta şirkətlərinin sığota etmək istəmədiyi - «MERSEDES» MODELLƏRI - SİYAHI
Sığorta şirkətlərinin sığota etmək istəmədiyi - «KİA» və «Nissan» MODELLƏRI - SİYAHI
Sığorta şirkətlərinin sığota etmək istəmədiyi - «Hyundai» MODELLƏRİ - SİYAHI
İmtina qərarı qanunsuz olduğuna görə, sığorta şitkətləri bunu müxtəlif üsullarla həyata keçirirdilər. Belə ki, şirkətlərin əksəriyyəti kiçik mühərrikli avtoombillərə internetlə sığorta satışını dayandırmış, sığorta agentlərinə isə belə avtomobillərə sığorta satmamağı təpşırmışdılar. Bu əksər sığorta şirkətlərinə aiddir.
İcbari sığorta şirkətlərinin internet səhifəsində - SIĞORTANI ALMAQ MÜMKÜN OLACAQ
Bəzi sığorta şirkətləri isə (Meqa Sığorta) ümumiyyətlə avtomobillərin icbari sığortası üzrə internet satışında mühərrik və istehsal tarixi məhdudiyyəti tətbiq etmişdi.
«Paşa Sığorta» kiçik mühərrikli avtomobillərə icbari sığortanı yalnız Baş ofisdə satırdı – bunun üçün avtomobil sahibləri ofisə yaxınlaşıb növbə saxlamalı idilər.
«Günay Sığorta» və «Bakı Sığorta»da da icbari sığorta satışı müxtəlif formada məhdudlaşdırılmışdı.
İndi isə qeyd edildiyi kimi, Mərkəzi Bankın xəbərdarlığından sonra bəzi sığorta şirkətləri icbari sığortanı internetlə satmağa başlayıb, daha dəqiqi bura maneəsiz müraciət imkanı yaradıblar.
Hazırda «Azərsığorta» və «Ata sığorta» şirkətlərinin internet səhifəsində icbari sığortanı onlayn almaq imkanı var.
«Paşa Sığorta» da icbari sığorta almaq üçün kabinet yaratmaq tələbini aradan qaldırıb.
«Qala Sığorta» şirkətində də avtomobili onlayn sığorota etmək olar.
Hətta internet səhifəsində icbari sığorta kalkuyatorunda kiçik mühərrikli və istehsal tarixi 2006-cı ildən aşağı olan avtomobillərə qadağa tətbiq edən və aylarda davam edən bu vəziyyəti «İT departamentin səhvi» kimi təqdim edən «Meqa Sığorta» da Mərkəzi Bankın tələbindən sonra 2 günə «səhvini düzəldib».
Bununla yanaşı, Mərkəzi Bankın tələblərinə baxmayaraq, bəzi sığorta şirkətlərində hələ də icbari sığortanın onlayn alınması mümkün deyil.
«Bakı Sığorta»da hələ də icbari sığotrta üçün müracit etmək olar, sığorta haqqının hesablanması imkanı isə yaradılmayıb.
«Günay Sığorta»da isə icbari sığorta üçün hələ də yalnız telefon nömrəsini daxil edib şirkətdən zəng gözləmək lazım gəlir.