Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 957 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 215 min manat və ya 10% azdır.
2023-ci ilin yanvar-may aylarında bu göstərici 2 milyon 172 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 111 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 min manat və ya 8% çoxdur.
Əvvəlki ilin eyni dövründə 103 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 1% artıb. 2023-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 5% təşkil edib.