2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda sığorta ödənişləri təxminən 164 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən müştərilərinə əbn çox sığorta ödənişi edən şirkətlər 98,1 milyon manatla "Paşa Həyat Sığorta" və 27,7 milyon manatla "Paşa Sığorta" şirkətləri olub.
“Atəşgah” Sığorta Şirkətinin ödənişləri 8,4 milyon manatı keçib.
“Atəşgah Həyat” Sığorta Şirkəti isə ötən il ümumilikdə 8,2 milyon manata yaxın sığorta ödənişi edib.
"Qala Sığorta"nın ödənişləri isə 5,2 milyon manatı keçib
"Meqa Sığorta"nın ödənişləri isə 3,4 milyon manata yaxınlaşıb.