Bu ilin 2 ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımlarında artım baş verən şirkət 90,2% və ya 1,8 milyon manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 33,7% və ya 1,9 milyon manat artımla “Xalq Sığorta" Şirkəti gəlir.
Yığımlarında "Azərbaycan Sənaye Sığorta" ASC 28,7% (1,9 milyon manat) artımla üçüncü olub.
“Qala Həyat Sığorta Şirkəti"nin yığımları 25,9%, başqa sözlə 1,3 milyon manat artıb.
“Atəşgah Həyat Sığorta” ASC-nin yığımlarında 22% (5 milyon manat) artım baş verib.
“Atəşgah Sığorta” ASC-nin yığımları 22,1% (2,6 milyon manat) artıb.
"Aqrar Sığorta"nın yığımlarında 20% (1,5 milyon manat), "Paşa Həyat Sığorta"nın yığımlarında 12,7% (18,2 milyon manat), "Xalq Həyat" Sığorta Şirkətinin yığımlarında isə 0,4%, başqa sözlə 10 min manat artım qeydə alınıb.