Həyatın yaşam sığortası bazarında 2025-ci ilin ilk səkkiz ayında həm yığımlarda, həm də ödənişlərdə ciddi artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu dövrdə yığımlar 81 milyon 22 min manat (19.4%) artaraq 417 milyon 506 min manatdan 498 milyon 528 min manata yüksəlib.
Sığorta ödənişləri isə daha kəskin şəkildə – 90 milyon 908 min manat (27.6%) artaraq 329 milyon 6 min manatdan 419 milyon 914 min manata çatıb.
Ödənişlərdəki artım tempinin yığımları üstələməsi nəticəsində sığorta növünün zərərliliyi 5.4 faiz bəndi artaraq 78.8%-dən 84.2%-ə yüksəlib.