Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artsa da, ödənişlərdə azalma müşahidə olunub.
FED.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk səkkiz ayında bu sığorta növü üzrə yığımlar 749 min manat (1.2%) artaraq 62 milyon 570 min manatdan 63 milyon 319 min manata yüksəlib.
Bu dövrdə sığorta ödənişləri isə 260 min manat (12.7%) azalaraq 2 milyon 44 min manatdan 1 milyon 784 min manata enib.
Ödənişlərdəki azalma fonunda zərərlilik göstəricisi də 0.4 faiz bəndi azalaraq 3.3%-dən 2.8%-ə düşüb.