Azərbaycanda yanvar-noyabr ayları üzrə həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 545 milyon 607 min min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 84 milyon 223 min manat və ya 18% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında bu göstərici 461 milyon 383 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 443 milyon 470 min manat təşkil edib ki, bu da illik müqayisədə 173 milyon 927 min manat və ya 65% çoxdur.
Ötən ilin eyni dövründə 269 milyon 545 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 81% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 23% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 58% təşkil edib.