Azərbaycanda yanvar-noyabr ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 799 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 397 min manat və ya 41% çoxdur.
2023-cü ilin yanvar-noyabr aylarında bu göstərici 3 milyon 401 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 69 min manat təşkil edib Ötən ilin eyni dövründə cəmi 3 manat sığorta ödənişi olunub. Ödənişlər 66 min manat (22,6 dəfə) artıb.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib.