Azərbaycanda həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 299 milyon 128 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 59 milyon 871 min manat və ya 25% çoxdur.
Ötən ilin yanvar-may aylarında bu göstərici 239 milyon 257 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 167 milyon 865 min manat təşkil edib ki, bu da illik müqayisədə 74 milyon 535 min manat və ya 80% çoxdur.
Ötən ilin eyni dövründə 93 milyon 929 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 56% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 17% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 39% təşkil edib.