Azərbaycanda könüllü həyat sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-may aylarında bu növ sığorta üzrə yığımlar 316 milyon 920 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 65 milyon 31 min manat və ya 26% çoxdur.
Ötən ilin yanvar-may aylarında bu göstərici 251 milyon 890 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 168 milyon 884 min manat təşkil edib ki, bu da illik müqayisədə 74 milyon 954 min manat və ya 80% çoxdur.
Ötən ilin eyni dövründə 133 milyon 340 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 53% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 16% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 37% təşkil edib.