Azərbaycanda cari ilin ilk 3 ayı üzrə həyatın yaşam sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 145 milyon 31 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21 milyon 200 min manat və ya 17% artıb.
Ötən ilin yanvar-mart aylarında bu göstərici 123 milyon 831 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 95 milyon 666 min manat təşkil edib ki, bu da illik müqayisədə 40 milyon 895 min manat və ya 75% çoxdur.
Ötən ilin eyni dövründə 54 milyon 775 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 66% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 22% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 44% təşkil edib.