Azərbaycanda könüllü tibbi sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 68 milyon 635 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 909 min manat və ya 3% azdır.
Ötən ilin yanvar-mart aylarında bu göstərici 70 milyon 544 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 20 milyon 262 min manat təşkil edib ki, bu da illik müqayisədə 3 milyon 222 min manat və ya 19% çoxdur.
Ötən ilin eyni dövründə 17 milyon 41 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 30% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 5% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 25% təşkil edib.