Azərbaycanda həyatın ölüm halından sığortası üzrə ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 1 milyon 18,7 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 839,8 min manat və ya 45,2% azdır.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 1 milyon 858,2 min manat təşkil edib.