Azərbaycanda həyatın yaşam sığortası üzrə ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 193 milyon 407,9 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 37 milyon 962,3 min manat və ya 24,4% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 155 milyon 445,6 min manat təşkil edib.